Formulyar rekviziti

1. Permanent vahid olmaqla, sənədin öz daimi tərkibində olur. Onlar kommuniktiv funksiyanın daşıyıcısı, kommunikativ vahidin daşıyıcısı rolunda çıxış edən məlum informasiyanı verir. Funksional perspektiv baxımdan onlar konstant xarakterə malikdir və sənədin mövzusu olub, onun elementinin rubrikasiyası və struktur formalizasiyasıdır. Sənədlər hər bir kommunikativ kateqoriyası formulyar rekvizitlərinin (dil ştampları, şərti işarələr, ixtisarlar) fiksasiya edilmiş çoxsaylı rekvizitlərinə malikdir. 2 a) ümumi başlıq (ştamp) sənədin rəngarəngliyi adı, onun nömrəsi, tarixi, müəllif (sənədi nəşr edən, orqan), nəşr yeri; b) paraqraflara və bəndlərə bölünmüş, bir-birindən rəqəmlərlə (ərəb və rum, eləcə də baş hərflərlə), yaxud abzaslarla; c) adresatın (orqanlar və sənəddə yazılmışları icra etməyə borclu olan şəxslər), yaxud yerlərə göndərilmə hesabı, sənədi nəşr edən vəzifəli şəxsin imzası və rəyini özündə əks etdirir.
Formal-işarə səviyyəsində əməliyyatlar
Frazeologizmlərin tərcüməsi
OBASTAN VİKİ
Formulyar
Formulyar – 1)hər hansı bir qurğu, mexanizm və s. haqqında əsas məlumatlar yazılan, onun işlənməsi, xarab olması, təmiri və s. müntəzəm surətdə qeyd olunan xüsusi dəftər və ya blank; 2)kitabxana kitablarının içinə qoyulan, habelə oxucuların onlardan istifadə etməsi haqqında orada qeydlər edilən uçot kartoçkası. Məsələn, kitabın formulyarı; 3)hər bir kitabxana oxucusu üçün doldurulan və ona verilən kitabların qeyd olunduğu kiçik dəftərçə. Məsələn, oxucunun formulyarı. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.